Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyy...
18:32 04.11.2026
0
0
0
NAXÇIVAN :
04 Noyabr 2026, Çərşənbə
2027-ci ildə Azərbaycanda qeyri-neft-qaz sektorunda vergi yükü 13,5 % səviyyəsində proqnozlaşdırılır.
"Şərq qapısı" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
"Bu gün özəl sektor və ümumilikdə iqtisadiyyatımız üçün çox əlverişli vergi rejimi var. Vergi güzəştlərinin və müxtəlif istiqamətlər üzrə tətbiq olunan yüngülləşdirmələrin miqyasını yekunda vergi daxilolmalarının ÜDM-dəki payı ilə qiymətləndirməliyik. Bizim gördüyümüz mənzərə ondan ibarətdir ki, qeyri-neft-qaz sektorundan toplanan bütün vergilərin qeyri-neft ÜDM-də payı cəmi 13,5% səviyyəsində proqnozlaşdırılır. İcra zamanı bu rəqəm daha aşağı olacaq. Çünki adətən nominal icra göstəricimiz proqnozlaşdırılan ÜDM-dən daha yüksək olur. Bir çox istiqamətlərdə konservativ yanaşma tətbiq edirik. Bu nisbət demək olar ki, illərdir sabit şəkildə qorunur. Yekunda əsas göstərici bütün toplanan vergilərin ÜDM-də payının nə qədər olmasıdır. Qeyd etdiyim kimi, bu göstərici 13,5% təşkil edir və kifayət qədər yaxşı nəticədir", - deyə o qeyd edib.
Bundan başqa, nazir deyib ki, vergi daxilolmalarında nəzərdə tutulan 1 milyard 540 milyon manatlıq artım yeni və xüsusi böyük vergi mənbələrinin yaranması hesabına formalaşmır: "İlk növbədə, bu artım büdcənin nominal dəyərinin yüksəlməsindən irəli gəlir. İkincisi, qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində gəlir vergisi üzrə yaranan fərqlə bağlıdır. Eyni zamanda, kənd təsərrüfatı, turizm və digər istiqamətlərdə iqtisadi aktivliyi təşviq etmək məqsədilə tətbiq etdiyimiz yeni güzəştlər hesabına müəyyən gəlirlərdən imtina etmişik. Bununla yanaşı, iqtisadiyyatda şəffaflaşma prosesi də aktiv şəkildə davam edir. Düşünürük ki, bu prosesin nəticələrini qarşıdakı uzun illər ərzində də görəcəyik".
Digər xəbərlər