NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

Sahibə Qafarova: Türkiyə qlobal miqyasda sülhə və sabitliyə töhfə verən güclü dövlətdir

...

Bu gün Türkiyə cənab Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən rəhbərliyi ilə bütün sahələrdə hərtərəfli inkişaf edir, böyük nailiyyətlər əldə edir.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Nurman Kurtulmuşla birgə mətbuata açıqlaması zamanı deyib.

Spiker Türkiyənin qlobal miqyasda nüfuzuna diqqət çəkib.

“Türkiyə qlobal miqyasda gedən proseslərə təsir göstərən, sülhə və sabitliyə töhfə verən güclü dövlətdir”.

Nəşr edilib : 18.12.2024 14:12