Zəngilan şəhərində daha 59 ailəyə evlərinin açarla...
14:58 13.05.2026
0
0
0
Bu gün nümayəndə heyətlərinin görüşü zamanı parlamentlərimiz arasında əlaqələri ətraflı şəkildə müzakirə etdik. Daha öncə qeyd etdiyim kimi, bu əlaqələrin daha da inkişaf etdirilməsinə dair Rixard Raşi ilə eyni mövqedəyik. Bu gün iki parlament arasında əməkdaşlığa dair imzaladığımız Anlaşma Memorandumu da bunun nəticəsidir.
"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ilə mayın 13-də keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu sənəd ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə gətirib çıxaracaq. Belə ki, sənəd dostluq qruplarının, müvafiq komitələrin, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin, parlament aparatlarının əməkdaşlığı ilə bağlı bir sıra mühüm istiqamətləri əhatə edir.
Digər xəbərlər