NAXÇIVAN :

05 Aprel 2025, Şənbə

Şahbuzda prokurorluq tərəfindən tədbir keçirilib

...

Şahbuz rayon İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası''  mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Dövlət Universitetinin aidiyyatı əməkdaşları ilə birgə  Şahbuz rayon İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Şahbuz rayon İcra Hakimiyəti başçısının müavini Cəlal Paşayev  giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb. 
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Samiq Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova və  Naxçıvan Dövlət Universitetinin  əməkdaşı Nuranə Səlimova mövzu ilə bağlı çıxış ediblər.                                                    Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısını almaq. Bunların yaranmasına imkan verən səbəb və halları aradan qaldırmaq, yetkinlik yaşına çatmayanların hüquqlarını və qanuni mənafelərini qorumaq və yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi hallarını aşkar etmək və aradan qaldırmaq həmçinin, yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur etmə hallarının qarşısının alınması üçün hər bir şəxs hüquqlarını bilməlidir, bu istiqamətdə maarifləndirmənin mühüm rolu vardır.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 05.03.2025 16:03