NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Şahbuzda “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

...

2025-ci il iyulun 16-da Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Şahbuz Rayon İcra Hakimiyyəti və Şahbuz Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı tarixi xidmətlərini bir daha xatırlatmaq və gənc nəsli bu dəyərlər əsasında maarifləndirmək olub.

Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sevindik Abdullayev açaraq Ulu Öndərin ölkənin hüquqi əsaslarının yaradılmasında, xüsusilə də Azərbaycan Konstitusiyasının hazırlanmasındakı əvəzsiz rolundan bəhs edib.

Daha sonra Fövqəladə Hallar Nazirliyi Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin növbətçi yanğınsöndürmə xidmətinin rəisinin köməkçisi Amil Həziyev və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşı Nicat Hüseynov çıxış ediblər. Onlar da çıxışlarında Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılmasında oynadığı əhəmiyyətli rolu xüsusi vurğulayıblar.

Nəşr edilib : 16.07.2025 15:00