Milli Məclis Avropa Parlamentinə etiraz məktubu gö...
17:10 15.03.2025
0
0
0
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şahbuz rayonunun şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı yaşıllaşdırma və bərpa işləri aparılıb.
"Şərq qapısı" xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev iştirak edib. Həmçinin, müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları yüksək fəallıq nümayiş etdiriblər.
Aksiya çərçivəsində bir hektarlıq ərazidə meşə tinglərindən ibarət yeni bağı salınıb, yeddi hektarlıq sahədə isə müxtəlif növ meyvə və meşə ağaclarının bərpası həyata keçirilib. Ağacların sağlam böyüməsi üçün quru budaqlar kəsilib, ərazilər təmizlənib, ağaclara aqrotexniki qaydada qulluq göstərilib, üzvi gübrələmə aparılıb, gövdələri ağardılıb və suvarma işləri görülüb.
Təbiətin qorunmasına töhfə vermək məqsədilə təşkil edilən bu aksiyada iştirakçılar böyük həvəslə çalışaraq ekoloji tarazlığın qorunmasına dəstək olublar.
Digər xəbərlər