Dövlət Vergi Xidməti maarifləndirici bukletlər haz...
15:34 29.04.2026
0
0
0
Yanvarın 13-də Şahbuz rayonunda “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən təmir-bərpa işləri aparılacaq.
"Şərq qapısı" xəbər verir ki, təmir işləri Şahbuz rayonunda yerləşən 35/10 kV-luq yarımstansiyadan qidalanan 10 kilovoltluq "Qəsəbə 7" və "Qəsəbə 1" hava elektrik verilişi xətlərində həyata keçiriləcək.
Bu baxımdan saat 13:00-dan 16:00-dək Şahbuz şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Digər xəbərlər