NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

Şahbuz rayonunda yaşıllıqlara genişmiqyaslı qulluq aksiyası keçirilib

...

26 aprel 2025-ci il tarixində Şahbuz rayonunun bütün yaşayış məntəqələrində yaşıllıq sahələrinə aqrotexniki qaydada qulluq göstərilib. Aksiyalar çərçivəsində ağacların dibləri yumşaldılıb, gövdələri zərərvericilərə qarşı xüsusi məhlulla ağardılıb. Eyni zamanda, alaq otları biçilərək ərazidən daşınıb, arxlar yenilənib, gülkarlıqlarda isə təmizlik və səliqə-sahman işləri aparılıb.
Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən təmizlik aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları fəallıqla iştirak ediblər. Aksiya çərçivəsində ekoloji tarazlığın qorunması və yaşıllıq sahələrinin saxlanması istiqamətində mühüm addımlar atılıb.
Xüsusilə Daylaqlı kəndinin ərazisində yerləşən meyvə bağında aparılan təmizlik və qulluq işləri daha mütəşəkkil şəkildə həyata keçirilib. Şahbuz rayonunda bu kimi tədbirlərin mütəmadi olaraq davam etdirilməsi planlaşdırılır.

Nəşr edilib : 26.04.2025 17:11