NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Şahbuz rayonunda yaşıllıq sahələrinə qulluq edilib

...

Bu gün Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Şahbuz-Türkeş yolu boyunca  növbəti yaşıllaşdırma aksiyası keçirilib.  "Yaşıl dünya naminə həmrəylik ili"çərçivəsində keçirilən  bu aksiyada ağacların dibləri yumşaldılıb və gövdələri zərərvericilərə qarşı ağardılıb.  Aqrotexniki qaydada həyata keçirilən qulluq zamanı   yol kənarlarında alaq otları biçilərək ərazidən götürülüb. Aksiyada Şahbuz rayonunun idarə, müəssisə və təşkilatlarının nümayəndələri yüksək fəallıqla iştirak ediblər.

Nəşr edilib : 12.10.2024 22:15