NAXÇIVAN :

21 Sentyabr 2026, Bazar ertəsi

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açılıb

...

Milli Kitabxanada “21 Sentyabr – Beynəlxalq Sülh Günü” adlı virtual kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan - Ermənistan - ABŞ Birgə Bəyannaməsi, Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası, Azərbaycanda cəmiyyətin gələcək inkişafı və sülhün qorunub saxlanılması və möhkəmləndirilməsi üçün atılan addımlar haqqında dövri mətbuatda çap olunan məqalələr yer alıb.

Həmçinin Azərbaycan və xarici dillərdə ədəbiyyatlar yer alıb.

Nəşr edilib : 21.09.2026 12:28