NAXÇIVAN :

19 Sentyabr 2026, Şənbə

Şahbuz rayonunda yanğın hadisəsi baş verib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayon Daylaqlı kəndində məişət tullantıları olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində 1 hektar sahədə olan məişət tullantıları yanıb.

Nəşr edilib : 19.09.2026 11:51