MEDİA: Azərbaycan hərbi təyyarələrinin İranla sərh...
14:39 13.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşları ilə birgə Şahbuz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayev giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idealarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiya qəbul olunmuşdur.
Həmçinin Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının əməkdaşı Samir Tarverdiyev, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Əziz Qasımov, Şahbuz rayon Prokurorluğunun əməkdaşı Yaqub Salamzadə və YAP-ın Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov mövzu ilə bağlı çıxış ediblər.
Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Dövlətin əsasları" filmi nümayiş olunub.
Digər xəbərlər