NAXÇIVAN :

18 Oktyabr 2024, Cümə

Şahbuz rayonunda ağac əkmə aksiyasına start verilib

...

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl bir dünya üçün həmrəy olaq” şüarı altında 18-27 oktyabr tarixlərdə keçiriləcək ağacəkmə aksiyasına  Şahbuz rayonunda start verilib
Aksiya müddətində Şahbuz rayonunda 10300 ədəd ağac  əkilməsi nəzərdə tutulub. Aksiyanın birinci günü Naxçıvan-Batabat magistral avtomobil yolunun Daylaqlı kəndinin ərazisindən keçən 22-25 km və Şahbuz şəhərinin ərazisindən keçən 25-35 km hissələrində olan yaşıllıq sahələrində keçirilib. 
Aksiyanın ilk günündə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri yüksək fəallıqla iştirak ediblər. 
Ağacların əkilməsi üçün əvvəlki günlərdən hazırlıq işləri aparılaraq ərazilər müəyyənləşdirilib. Ayrılan ərazilərdə ağacların əkilməsi, qorunması və aqrotexniki qaydada qulluq göstərilməsi üçün lazımi şərait yaradılıb. 
Gün ərzində 350 ədəd ərik, 350 ədəd badam, 250 ədəd göyrüş, 100 ədəd iydə olmaqla cəmi 1050 ədəd ağac əkilmişdir. Əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilərək üzvi gübrə verilmiş, gövdələri ağardılmış və suvarma işləri aparılmışdır. 
Növbəti günlərdə aksiyanın uğurla keçirilməsi üçün hazırlıq işləri davam etdirilir.

Nəşr edilib : 18.10.2024 18:12