QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib...
21:22 06.02.2026
0
0
0
Şahbuz Rayon Mədəniyyət Sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə möhtəşəm bayram konserti təşkil olunub. Konsertə rayon sakinləri, qonaqlar, şəhid ailələri və qazilər dəvət edilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün rəsmi bayram kimi qeyd olunmağa başlanmasının tarixi əhəmiyyətinin vurğulanması ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Bayram konsertində vətənpərvərlik ruhunda musiqilər, eləcə də müxtəlif mahnı ifaları tamaşaçılara unudulmaz anlar yaşadıb, yüksək bayram əhvali-ruhiyyəsi yaradıb.
Şaxta baba və Qar qızın konsertə qatılması isə, xüsusilə balaca tamaşaçıların sevincinə səbəb olub. Onlarla birlikdə əylənən uşaqlara hədiyyələr paylanıb.
Bayram konserti rəngarəng proqramı ilə tamaşaçıların zövqünü oxşayıb, hər kəsə xoş ovqat və yüksək əhvali-ruhiyyə bəxş edib.
Digər xəbərlər