NAXÇIVAN :

19 Oktyabr 2026, Bazar ertəsi

“Şagird-məzun” sistemi üzrə təqvim planı təsdiqlənib

...

2026/2027-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə bağlı işlər üzrə təqvim planı təsdiq edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. “Bununla əlaqədar regional təhsil idarələri, rayon (şəhər) təhsil şöbələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər”, - deyə məlumatda bildirilir.

Nəşr edilib : 19.10.2026 14:16