Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayənd...
15:58 09.09.2026
0
0
0
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı vəziyyət narahatlıq doğurur. Qarşıda beş il qalmasına baxmayaraq, məqsədlərin yalnız 15 faizinin icrası plan üzrə gedir, daha 15 faiz üzrə isə 2015-ci illə müqayisədə geriləmə müşahidə olunur. Təxminən üçdə iki hissə üzrə isə mövcud tendensiyalar məqsədlərə vaxtında nail olunmayacağını göstərir.
"Şərq qapısı" xəbər verir ki, bunu Bosniya və Herseqovinanın BMT-də daimi nümayəndəsi, ölkənin sabiq Baş naziri Zlatko Laqumdziya “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "COP31-dən sonra iqlim liderliyi: Tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi"adlı dəyirmi masada çıxış edərkən deyib.
Ən yaxşı nəticələrin internetə çıxış, rəqəmsal transformasiya və bərpaolunan enerjiyə keçid sahələrində qeydə alındığını vurğulayan sabiq baş nazir əlavə edib: "Ən zəif göstəricilər isə sülh və təhlükəsizlik məsələlərini əhatə edən DİM-in 16-cı məqsədi, eləcə də ərzaqla bağlı 2-ci məqsəd üzrə müşahidə olunur. Ərzaq sahəsində mənfi göstəricilər yalnız aclıqla deyil, piylənmə ilə də bağlıdır. DİM-lərin həyata keçirilməsi üçün məqsədlərin müəyyənləşdirilməsi ilə yanaşı, onların reallaşdırılmasına xidmət edən səmərəli mexanizmlər də formalaşdırılmalıdır".
Digər xəbərlər