Bakıda III Azərbaycan-Özbəkistan Regionlararası Fo...
20:45 20.06.2025
0
0
0
Sabahdan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası işə başlayacaq.
"Şərq qapısı" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə iki gün davam edəcək toplantı “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusunu əhatə edəcək.
Əvvəlki toplantılarla müqayisədə rekord sayda yüksəksəviyyəli iştirakın nəzərdə tutulduğu sessiyaya bu il 40-dan çox ölkənin XİN başçısının qatılımı planlaşdırılır.
Toplantıda İƏT-ə üzv 57 ölkə ilə yanaşı, təşkilata bağlı qurumlar, müşahidəçi ölkələr və digər beynəlxalq təşkilatlardan təxminən 1000 nəfərlik heyətin iştirakı gözlənilir.
Sessiyada İsrail ilə Fələstin arasında davam edən gərginlik, bu məsələnin iki dövlət prinsipi əsasında həll olunması istiqamətində atılacaq addımlar, İsrail-İran müharibəsi, müsəlman cəmiyyətlərinə təsir edən çağırışlarda əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
Sessiyanın sonunda İstanbul Bəyanatı, eləcə də İƏT gündəmindəki qərar layihələrinin qəbul edilməsi planlaşdırılır.
Qeyd edək ki, bu toplantı ilə Türkiyə bir il müddətinə İƏT Xarici İşlər Nazirləri Şurasına sədrliyi Kamerundan təhvil alacaq. Təşkilatın 25 qurucu ölkəsindən biri olan Türkiyə daha əvvəl 1976, 1991 və 2004-cü illərdə keçirilən şura toplantılarına ev sahibliyi edib.
Digər xəbərlər