NAXÇIVAN :

08 Oktyabr 2026, Cümə axşamı

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

...

Azərbaycanda oktyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Axşam yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək. nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər şərq rayonlarında, gündüzdən isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Nəşr edilib : 08.10.2026 13:15