NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Sabah respublika üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları həmin artımlarla birgə ödəniləcək.

Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

Nəşr edilib : 19.02.2026 16:10