“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin 2024...
18:47 15.01.2025
0
0
0
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin televiziyada səsləndirdiyi fikirlərə görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Ermənistan XİN-in bəyanatında deyilir.
İrəvan Sergey Kopırkinin yanvarın 12-də xəbər proqramlarından birində səsləndirdiyi fikirləri “Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı təhdid” kimi qiymətləndirib.
“Nazirlikdə səfirə müvafiq etiraz notası təqdim olunub”, - deyə XİN-in bəyanatında bildirilir.
Qeyd edək ki, Sergey Kopırkin Rusiyanın VQTRK telekanalının “Vesti nedeli” proqramında Zəngəzur dəhlizinin Bakı üçün əhəmiyyətindən danışıb.
Digər xəbərlər