COP29-da İtki və Zərər Fondunun tam fəaliyyəti ilə...
22:52 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
M. Mişustin BMT-nin Baş katibi ilə iqlim dəyişiklikləri ilə mübarizə, o cümlədən istixana qazı emissiyalarının azaldılması üzrə tədbirləri müzakirə edib.
“Mixail Mişustin və Antonio Quterreş iqlim gündəliyi üzrə qarşılıqlı fəaliyyətə, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə 1992-ci il Çərçivə Konvensiyasının və 2015-ci il Paris İqlim Sazişinin müddəalarının həyata keçirilməsinə xüsusi diqqət yetiriblər”, - deyə məlumatda bildirilir.
Rusiya hökumətinin başçısı qlobal çağırışlara və təhdidlərə reaksiya verməkdə BMT-nin işinin effektivliyinin artırılmasının vacibliyini vurğulayıb. M. Mişustin təsdiq edib ki, Rusiya “beynəlxalq hüququn aliliyinə, bütün dövlətlərin suverenliyinə və qarşılıqlı maraqlarına hörmətə əsaslanan ədalətli çoxqütblü dünyanın formalaşmasında BMT-nin konstruktiv iştirakının təmin edilməsinin” tərəfdarıdır.
O, həmçinin qeyd edib ki, ABŞ tərəfindən qeyri-qanuni viza məhdudiyyətləri Rusiya nümayəndələrinin BMT Baş Assambleyasının işində normal iştirakına mane olur. Qeyd olunub ki, BMT-nin mənzil-qərargahının statusu ilə bağlı razılaşmalara riayət edilməlidir.
“Mixail Mişustin ABŞ tərəfindən Rusiya nümayəndələrinin BMT Baş Assambleyasının işində iştirakına mane olan qeyri-qanuni viza məhdudiyyətlərindən narahatlığını ifadə edib. BMT-nin mənzil-qərargahının statusu ilə bağlı beynəlxalq razılaşmalara əməl olunmasının təmin edilməsi üçün tədbirlərin görülməsi zərurəti qeyd edilib”, - deyə mətbuat xidmətindən bildirilib.
Görüşdə Qlobal Cənub və Şərq dövlətlərinin rolunun artırılması məqsədilə qlobal maliyyə arxitekturasında islahatların aparılmasının prioritet vəzifələri nəzərdən keçirilib.
Digər xəbərlər