Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanı...
21:22 17.01.2025
0
0
0
Rusiya və İran beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Şimal-Cənub” dəhlizinin inkişafında fəal əməkdaşlıq edəcəklər.
“Şərq qapısı” TASS-a istinadən xəbər verir ki, müvafiq maddə Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Sazişdə yer alıb.
“Razılığa gələn tərəflər Rusiya Federasiyası və İran İslam Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı sahəsində fəal əməkdaşlıq edirlər”, - sənəddə deyilir.
Qeyd olunur ki, bu cür qarşılıqlı fəaliyyətə bu ölkələrdən gələn malların üçüncü ölkələrin bazarlarına təşviqi, eləcə də nəqliyyat dəhlizləri üzrə həm ikitərəfli əlaqələrdə, həm də onların ərazisindən tranzitlə daşınmanın maneəsiz inkişafı üçün şərait yaradılması daxildir
Digər xəbərlər