Azərbaycan və Türkiyə parlament sədrləri telefonla...
21:32 23.04.2025
0
0
0
NAXÇIVAN :
24 Aprel 2025, Cümə axşamı
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Rumıniya mətbuatında geniş işıqlandırılıb.
"Şərq qapısı" xəbər verir ki, Rumıniyanın milli xəbər agentliyi AGERPRES, “Mediafax” özəl xəbər agentliyi, “News.ro” xəbər portalı, “Pescurt.ro” xəbər portalı, “Gandul” nəşri və digər nüfuzlu media orqanları o cümlədən, “Pro TV” televiziya kanalı, “Prima TV” televiziya kanalı və başqaları Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Pekində keçirilmiş görüşə həsr olunmuş “Ticarət müharibələri və tariflər qlobal iqtisadi nizamı pozur” – Azərbaycanla strateji tərəfdaşlıq güclənir sərlövhəli məqalələr yazılıb. Çin Xalq Respublikasının Sədr Si Cinpinin “ticarət müharibələri və gömrük tariflərinin tətbiqi bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sisteminə zərər vurur və qlobal iqtisadi sabitliyi sarsıdır” fikirlərinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, bu fikirlər, Çində rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksək səviyyəli görüş zamanı səsləndirilib.
Diqqətə çatdırlıb ki, Prezident İlham Əliyevin 22–24 aprel tarixlərində Pekinə etdiyi rəsmi səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın Genişləndirilməsi haqqında Bəyannamə imzalanıb. Tərəflər hüquq, “yaşıl inkişaf”, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə 20-yə yaxın əməkdaşlıq sənədinə imza atıblar.
Bundan əlavə, Azərbaycan və Çin arasında vizasız rejim tətbiq olunacağı açıqlanıb. Görüşdə həmçinin ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının ticarətinin genişləndirilməsi və bərpa olunan enerji sahəsində ortaq layihələrin həyata keçirilməsi müzakirə olunub.
Çin hökuməti həmçinin, sərhədlərarası maliyyə xidmətlərini asanlaşdırmaq və yuanın beynəlxalq istifadəsini artırmaq məqsədilə yeni təşəbbüslər irəli sürüb. Bu plan, xüsusilə dövlət müəssisələrinin xarici əməliyyatlarında yuanla ödənişlərin prioritetləşdirilməsini nəzərdə tutur.
Qeyd olunub ki, bu cür əməkdaşlıqlar qlobal ticarətə töhfə verməklə yanaşı, dünya iqtisadiyyatında sabitliyin qorunmasında mühüm rol oynayacaq. Vurğulanır ki, Azərbaycanın bu prosesdə fəal iştirakı və tərəfdaşlıq ruhu Çin tərəfindən yüksək qiymətləndirilir.
Bolqarıstanın “Fakti.bg” xəbər portalı, BTA xəbər agentliyi, BNT televiziya kanalı, “News.bg” xəbər portalı, Yunanıstanın “Protothema”, “Efsyn”, “News24/7” xəbər portalı və digər nüfuzlu media orqanları “Si Cinpin: Gömrük rüsumları və ticarət müharibələri qlobal iqtisadi nizama zərər vurur – Çin və Azərbaycan arasında əməkdaşlıq daha da güclənir” sərlövhəli məqalələr dərc ediblər.
Yazılarda Çin Xalq Respublikasının Sədr Si Cinpin bildirib ki, gömrük rüsumları və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamına ciddi ziyan vurur. Diqqətə çatdırılıb ki, bu bəyanatı Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksək səviyyəli görüş zamanı səsləndirib.
Bildirilir ki, Si Cinpin çıxışında Çin ilə Azərbaycanın beynəlxalq sistemin müdafiəsində və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsində birgə çalışmasının vacibliyini vurğulayıb.
Görüş çərçivəsində “Hərtərəfli Strateji Tərəfdaşlıq” elan olunub və tərəflər arasında hüquq, yaşıl inkişaf, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və kosmik araşdırmalar da daxil olmaqla 20-yə yaxın mühüm saziş imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev, Çin ilə olan əlaqələrin yalnız iqtisadi sahədə deyil, həm də geosiyasi və strateji istiqamətlərdə gücləndiyini vurğulayıb. Bildirilir ki, Azərbaycanın 2013-cü ildən bəri “Bir Kəmər, Bir Yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olması, bu əməkdaşlığın nə qədər möhkəm təməl üzərində qurulduğunu göstərir.
Azərbaycanın yerləşdiyi geostrateji mövqeyə toxunulur. İran, Rusiya, Gürcüstan və Ermənistanla həmsərhəd olması onu Çinin bu təşəbbüsündə əsas tərəfdaşlardan birinə çevirir. Qeyd olunub ki, tərəflər regional sabitlik, nəqliyyat əlaqələrinin inkişafı və enerji təhlükəsizliyi sahələrində də əməkdaşlığı gücləndirməyi planlaşdırırlar.
Digər xəbərlər