NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Ruanda Prezidenti Pol Kaqame Azərbaycana rəsmi səfərə gəlib

...

Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Şərq qapısı" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ruanda Respublikasının Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.

Nəşr edilib : 19.09.2025 19:45