Prezident İlham Əliyev və birinci xanım Mehriban Ə...
13:08 17.09.2026
0
0
0
NAXÇIVAN :
17 Sentyabr 2026, Cümə axşamı
İllər keçdikcə elm və texnologiya inkişaf edir və gələcəkdə nəyin baş verəcəyinə cavab vermək getdikcə çətinləşir. Buna görə də uyğunlaşmaq üçün qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektivdə nələrin baş verə biləcəyini anlamaq vacibdir. Lakin bu anlayışların özü də dəyişir. Bu mənada ömürboyu təhsil, daimi öyrənmə çox vacib hal alır.
"Şərq qapısı" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, avtomatlaşdırma, robototexnika və süni intellekt inkişaf edir.
“Bununla yanaşı, kibertəhlükəsizlik məsələlərinin bütün miqyasını və genişliyini hələ tam dərk etmirik. Bu baxımdan əsas bacarıqlardan biri müxtəlif şəraitlərə uyğunlaşmaq və fərqli davranmaqdır. Eyni insanlar həm süni intellekt və robototexnika ilə, həm də bu texnologiyalar olmadan işləməyi bacarmalıdırlar. Çünki nə baş verəcəyini bilmirik və ənənəvi bacarıqlar hələ də aktuallığını qoruyur. Peşə məktəblərində süni intellektdən və robototexnikadan istifadə kimi bacarıqlarla yanaşı, ənənəvi bacarıqlar və öyrətmək, tədris etmək bacarığı da saxlanılmalıdır. Plan C və D zərurəti yaranarsa, peşə işini bacaran insanlar bunu başqalarına da öyrədə bilməlidirlər. 2, 5, 10, 15 ildən sonra nə olacağı böyük sual altındadır. Məhz buna görə uyğunlaşma bacarığı və ömürboyu təhsil vacibdir. Bu, eyni şeyi daha yaxşı etməyi öyrənmək deyil, ehtiyac olduqda fərqli bacarıqlara yiyələnməkdir. Süni intellekt, avtomatlaşdırma və ya robototexnika olmadan da nəyisə etməyi bacarmalıyıq”, - deyə Rövşən Nəcəf əlavə edib.
Digər xəbərlər