NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

...

Azərbaycanın yeni səfiri Rəşad Aslanov sentyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib.

"Şərq qapısı" xəbər verir ki, Türkiyə lideri diplomatı bu gün Prezident Adminstrasiyasında qəbul edib.

Ərdoğan eyni zamanda Tailand, İsveç, Böyük Britaniya, Kanada səfirlərinin də etimadnaməsini qəbul edib.

Nəşr edilib : 08.09.2026 21:30