Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
COP29 çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə 25 oktyabr 2024-cü il tarixində “Rəqəmsal dünyada yaşıl gələcək” mövzusunda hibrid formada vebinar keçirilib.
Hibrid vebinarda nazirliyin aparatının və tabeliyindəki qurumlarının əməkdaşları, o cümlədən Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri iştirak edib.
Vebinarda nazirliyin əməkdaşları Kənan Hüseyinəliyevin “İqlim dəyişikliyinə qarşı texnoloji innovasiyalar və həllər”, Zeynəb Hüseynovanın “Yaşıl nəqliyyatın gələcəyi” və “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru Azər Məmmədrəhimovun “Yaşıl dünya naminə poçt sektorunda dəyişikliklər” mövzularında slaydlar və videomateriallar vasitəsilə çıxışları dinlənilib.
Vebinarda rəqəmsallaşma sahəsində tullantıların idarə olunması və tullantıdan hazırlanan enerji sistemləri, ağıllı küçə işıqlandırması, yaşıl sertifikatlı binalar və İKT ofisləri, kağız tullantılarının azaldılması üçün rəqəmsal əməliyyatların və öyrənmə modulları vasitəsilə yaşıl texnologiyaların təşviqi, suya qənaət, data mərkəzlərində effektiv soyutma sistemlərinin qurulması, o cümlədən poçt sahəsində alternativ çatdırılma üsullarından istifadə haqqında fikirlər səsləndirilib.
İnteraktiv davam edən tədbirdə nazirliyin fəaliyyət istiqamətləri üzrə yeni qoşulan “Rəqəmsal könüllülər”in təqdimatı olub, onların mövzular barəsində rəy və fikirləri öyrənilib.
Naxçıvan Muxtar Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin mətbuat xidməti
Digər xəbərlər