Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Bu gün Azərbaycanın informasiya məkanında özünəməxsus yeri olan REAL TV fəaliyyətə başlamasının 8-ci ildönümünü qeyd edir. Qısa müddət ərzində operativ və obyektiv xəbərləri, analitik proqramları və peşəkar jurnalistika nümunələri ilə tamaşaçıların rəğbətini qazanan televiziya kanalı ölkənin media mühitində mühüm mövqe tutmağı bacarıb.
Bu münasibətlə “Şərq qapısı” qəzetinin kollektivi REAL TV-nin rəhbərliyini və yaradıcı heyətini səmimi qəlbdən təbrik edir. Başda televiziya kanalının rəhbəri Mirşahin Ağayev olmaqla bütün kollektivi bu əlamətdar gün münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, məsuliyyətli və şərəfli fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.
İnanırıq ki, REAL TV bundan sonra da Azərbaycan jurnalistikasının inkişafına öz töhfəsini verəcək, ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrin operativ və peşəkar şəkildə işıqlandırılmasında fəaliyyətini uğurla davam etdirəcək.
Digər xəbərlər