Rumıniya mətbuatı Prezident İlham Əliyevin Çinə sə...
22:49 23.04.2025
0
0
0
“Bu gün mən direktor olaraq və kollektivimiz Naxçıvan Muxtar Respublikasında təşkil olunan "İdarəetmə və təhsildə rəqəmsallaşdırma" mövzusunda II respublika elmi konfransda iştirak etməkdən böyük məmnunluq duyuruq. Konfransda çox aktual məsələlər müzakirə olundu”.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru, dosent Raqif Qasımov bildirib.
"IV sənaye inqilabı dövründə, demək olar ki, rəqəmsallaşma bütün sahələrə təsir edib. Xüsusən təhsil sahəsində rəqəmsallaşma böyük əhəmiyyət kəsb edir. Təhsil sahəsində rəqəmsallaşma deyəndə biz bütün təhsil prosesinin rəqəmsal idarəedilməsini nəzərdə tuturuq. Bu gün konfransda çox aktual məsələlər və aktual mövzular təqdim olundu. Mövzular əsasən təhsil prosesinin başlanğıcından etibarən diplom alınma prosesinə qədər olan rəqəmsallaşmanı əhatə edirdi. Azərbaycan Dövlət İqtisad Universitetində tətbiq olunan EDUMAN təhsilin idarəetmə sistemi haqqında məlumat verildi. Təhsilin idarəetmə sistemində EDUMAN adminpanel fəaliyyət göstərir. Tələbə kabineti, müəllim kabineti, diferensial əməkhaqqı sistemi, müəllimlərimizin kabinetləri vasitəsilə tədris materiallarının tələbələrə təqdim edilməsi. Bütün bunlar göstərir ki, təhsil sahəsində də rəqəmsallaşma icra olunmuş və dövlət strategiyasında müəyyən olunmuş hədəflər, təhsil sahəsində də icra olunmaqdadır”,– deyə o qeyd edib.
Aidə İBRAHİMOVA
Digər xəbərlər