Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Ön...
11:34 12.12.2024
0
0
0
Azərbaycanın son illərdə əldə etdiyi tarixi qələbələr bir çox siyasi dairələri narahat edir. Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 sessiyası ərəfəsində ölkəmizə qarşı aparılan kampaniyalar buna əyani sübutdur. Təzyiqlərə, qarayaxmalara baxmayaraq, Azərbaycan COP29-un ən yüksək səviyyədə təşkilinə nail oldu. Bizim ölkəmiz bu gün qlobal siyasətin mərkəzində dayanan dövlətlərdən birinə çevrilib. Beynəlxalq səviyyəli tədbirlərdə belə diplomatik leksikona daxil edilmiş “Zəngəzur dəhlizi” termini indi daha tez-tez istifadə olunur.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfransda söyləyib.
O qeyd edib ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Biz yeni bir dövrün astanasındayıq. Ona görə də mövcud riskləri qiymətləndirərkən, əldə etdiyimiz uğurları təhlil edərkən həm də qlobal çağırışları, geosiyasi reallıqları nəzərə almaq məcburiyyətindəyik. Bu konfransın əsas missiyası da tarixi nailiyyətimiz olan dövlət-din münasibətləri modelini indiki şərtlərdə belə qorumağa və daha da möhkəmləndirməyə imkan verən ideya və təkliflərin öyrənilməsindən ibarətdir.
Digər xəbərlər