NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ramin Əsgərov: Cəzaçəkmə müəssisələri yalnız cəzanın icrası yeri deyil, həm də islah deməkdir

...

"Məhkumların vaxtlarını səmərəli keçirməsi ilə yanaşı, onların intellektual və mənəvi inkişafına dəstək göstərmək, cəmiyyətə yenidən sağlam şəkildə inteqrasiyasına şərait yaratmaq bizim əsas missiyamızdır". 

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov bildirib. O qeyd edib ki, bu gün keçirilən şahmat turniri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin “Konstitusiya və Suverenlik İli” ilə bağlı təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq həyata keçirilib. 

Onun sözlərinə görə, şahmat turniri xüsusilə önəmlidir, çünki bu oyun məntiqi düşüncə, səbirlilik və strateji yanaşma tələb edir. Bu keyfiyyətlər isə məhkumların şəxsi inkişafı üçün olduqca vacibdir. 

Müəssisə rəisi əlavə edib ki, bu kimi tədbirlər bir daha sübut edir ki,  cəzaçəkmə müəssisələri yalnız cəzanın icrası yeri deyil, həm də islah və maarifləndirmə prosesinin mühüm hissəsidir. Onun sözlərinə görə, gələcəkdə də bu istiqamətdə tədbirlərin keçirilməsi davam etdiriləcək.

Nəşr edilib : 10.09.2025 15:40