Arıçılıq səbir, diqqət və sevgi tələb edən sahədir...
15:54 18.08.2026
0
0
0
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sisteminin (MQRS) yaradılması çərçivəsində bank və BOKT nümayəndələrinin iştirakı ilə sistemin test rejimində fəaliyyətinin yoxlanılması və ilkin mərhələdə məhdud funksionallıqla istifadəyə verilməsi ilə bağlı təqdimat keçirilib.
AMB-dən bildirilib ki, təqdimat zamanı MQRS-nin hazırkı mərhələdə fəaliyyət mexanizmi, funksionallığı, habelə sistem vasitəsilə toplanılması nəzərdə tutulan məlumatların əhatəsi ətraflı müzakirə edilib. Həmçinin Mərkəzi Bank tərəfindən bank və BOKT-ların MQRS-ə inteqrasiyasının təmin edilməsi məqsədilə müvafiq texniki spesifikasiya hazırlanaraq sektor iştirakçılarına nümayiş etdirilib.
Bununla yanaşı, bank və BOKT-lara MQRS-ə inteqrasiya üçün zəruri texniki tədbirlərin müəyyən edilmiş müddətədək yekunlaşdırılması bildirilib.
Qeyd edək ki, MQRS ölkə daxilində maliyyələşdirilmiş qaimələrlə bağlı sui-istifadə hallarının, o cümlədən eyni pul tələbinin təkrar maliyyələşdirilməsinin qarşısının alınmasına xidmət etməklə bazar iştirakçıları üçün daha aydın, əlverişli və etibarlı mühit təmin edəcək.
Digər xəbərlər