NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Qırğızıstan TDT-yə sədrliyi dövründə 120-dən çox yüksək səviyyəli tədbir keçirib

...

“Bugünkü çağırışlar bizi məcbur edir ki, daha həmrəy olaq”.

"Şərq qapısı" xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

O bildirib ki, keçən il Qırğız Respublikası təşkilatda sədrliyi öz üzərinə götürdü: “Bu bizim üçün vacib dövr idi. Bizim sədrliyimiz dövründə 124 yüksək səviyyəli tədbir uğurla təşkil edilib. Bizim sədrliyimiz Türk dünyasının gücləndirilməsinə yönəlmişdi. Əminəm ki, bizim iqtisadi təmaslarımız genişlənəcək. Rəqəmsal gələcəklə bağlı elektron imzaların qarşılıqlı tanınması ilə bağlı saziş irəli sürüb. Biz təhlükəsizlik sahəsinə də böyük əhəmiyyət veririk. Bu sahədə də biz saziş təklif etmişik. Bu saziş terrorçuluq, ekstremizm, beynəlxalq cinayətlərlə bağlı birgə əməkdaşlığı təşviq edəcək”.

Nəşr edilib : 07.10.2025 14:27