Naxçıvanda magistral yolda qəza baş verib
22:16 13.03.2025
0
0
0
Hadisə Babək rayonu ərazisində qeydə alınıb. Belə ki, qəza üçün çağırışa gedən 75-AC-255 dövlət nömrə nişanlı "Mercedes" markalı təcili tibbi yardım avtomobili 75-BF-044 dövlət nömrə nişanlı "Mercedes" avtomobili ilə toqquşub. Qəza zamanı təcili tibbi yardım avtomobilində olan Babək rayon Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər