Müstəqillik tariximizin unudulmaz günü – Naxçıvan...
23:59 22.07.2026
0
0
1
Ordubadda keçirilən “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalında bölgənin zəngin mətbəx nümunələri sərgilənir. Sərgidə həm ənənəvi təamlar, həm də yerli məhsullardan hazırlanmış müxtəlif qida nümunələri ziyarətçilərin diqqətini cəlb edir.
Tədbirdə sucuq, limon mürəbbəsi, müxtəlif meyvə şirələri və ev üsulu ilə hazırlanan digər məhsullar təqdim olunur. Eyni zamanda bölgəyə məxsus təbii meyvələr – ərik, gilas, albalı və digər meyvələr də nümayiş etdirilir.
Ziyarətçilər xüsusilə yerli meyvələrdən hazırlanan məhsullara böyük maraq göstərirlər. Təqdim olunan nümunələr qədim kulinariya ənənələrinin bu gün də yaşadıldığını və nəsildən-nəslə ötürüldüyünü göstərir.
Qeyd edək ki, bu cür sərgilər milli mətbəx nümunələrinin tanıdılması, unudulmaqda olan dadların yenidən gündəmə gətirilməsi və gənc nəslin bu irslə tanış olması baxımından böyük əhəmiyyət daşıyır.
Ordubadda təşkil olunan bu tədbir bir daha göstərir ki, Azərbaycan mətbəxi təkcə yeməklərdən ibarət deyil, həm də xalqın mədəni yaddaşını, təbiətlə bağlı həyat tərzini və kulinariya ənənələrini özündə yaşadan zəngin bir irsdir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər