Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavily...
19:55 11.11.2026
0
0
0
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitinin iştirakçıları Ermənistanın təşkilatda səsvermə hüququndan və onun orqanlarında məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi barədə qərar qəbul ediblər. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Şərq qapısı” xəbər verir ki, Kremlin nümayəndəsi jurnalist Aleksandr Yunaşevə açıqlamasında qərarın KTMT-nin nizamnaməsinə uyğun olaraq qəbul edildiyini bildirib. D.Peskovun sözlərinə görə, buna əsas kimi Ermənistanın bir neçə il ərzində təşkilat qarşısında öhdəliklərini yerinə yetirməməsi göstərilib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın iki ildən artıqdır üzvlük haqlarını ödəmədiyini bildirmişdi.
Digər xəbərlər