NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Qazilərin məşğulluğunun təmin olunması ilə bağlı tədbir keçirilib

...

Naxçıvan  Dövlət Universitetində “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir  keçirilib. Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçən oğulların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib.  Birliyin sədr müavini Əli Əlisoy çıxış edərək bildirib ki,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən 2024-cü il üzrə kiçik qrant müsabiqədə  Naxçıvan Dövlət Universitetinin əsas tərəfdaşı olduğu “Naxçıvan Qaziləri” İctimai Birliyinin “Naxçıvanda müharibə veteranları ilə iş”   layihəsi  qalib  olub.  Layihənin əsas məqsədlərindən biri də qazilərin peşə bacarıqlarını inkişaf etdirmək, onların yeni peşələr öyrənməsinə  imkan yaratmaq, qazilərin uyğun iş yerləri ilə təmin edilməsi, məşğulluğunun artırılmasıdır. Qeyd olunub ki, qazilərin işlə təmin olunması ilə bağlı bundan əvvəl keçirilən tədbirdə muxtar respublikanın bir neçə dövlət qurumunun təmsilçiləri ilə görüş olub, müzakirələr aparılıb.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov çıxış edib.

Vurğulayıb ki, universitet Naxçıvan Qaziləri İctimai Birliyi yaranan gündən birliklə əməkdaşlıq edir. Təhsil müəssisəsi bütün imkanları ilə Vətənimizin bütövlüyü uğrunda sağlamlığını itirən hərbçilərinin yanındadır. 

Birliyininin sədri Cehun Bayramov tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, dövlətimizə minnətdarlıq edib.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 11.09.2024 09:13