Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olu...
19:35 10.04.2025
0
0
0
NAXÇIVAN :
10 Aprel 2025, Cümə axşamı
Astanada Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzinin bazasında Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında təcili tibbi yardım sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
"Şərq qapısı" Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, TDT ölkələri səhiyyə nazirliklərinin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən tədbir qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olması və təşəbbüsün siyasi əhəmiyyətini vurğulayır.
Tədbirdə Azərbaycanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov təmsil edib.
Memorandumun imzalanması təcili tibbi yardım sisteminin inkişafı, peşəkar təcrübə mübadiləsi və innovativ həllərin tətbiqi istiqamətində mühüm addımdır. Gələcəkdə fövqəladə hallar zamanı qarşılıqlı yardımın gücləndirilməsi və türk dövlətlərinin səhiyyə sistemlərinin yeni inkişaf səviyyəsinə çatdırılması nəzərdə tutulur.
Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzi tibbi aviasiya xidmətlərinin, təcili tibbi yardımın və qəbul şöbələrinin işini əlaqələndirən qabaqcıl çoxfunksiyalı mərkəzdir. Kompleksdə 250 çarpayılıq stasionar var.
Mərkəzin əsas fəaliyyət istiqamətləri stasionar yardım, tibbi aviasiya, klinik-diaqnostik və konsultativ- diaqnostik yardımdan ibarətdir.
Digər xəbərlər