NAXÇIVAN :

08 Oktyabr 2026, Cümə axşamı

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

...

Əl-Fərabi adına Qazax Milli Universitetinin arxeoloqları Şərqi Qazaxıstan vilayətində sahəsi 25 hektardan çox olan qədim Kaljır şəhər yerini aşkar ediblər.

"Şərq qapısı" universitetin mətbuat xidmətinə istinadla xəbər verir ki, arxeoloji tapıntılara və radiokarbon analizinin nəticələrinə əsasən, abidə eramızın VI–VII əsrlərinə aid edilir. İlkin məlumatlara görə, şəhərin salınması Birinci Türk xaqanlığı dövrü ilə bağlıdır.

Qazıntılar zamanı istehkam qurğularının və tikililərin qalıqları, keramika nümunələri, yanmış buğda və paxlalı bitki dənələri, həmçinin içərisində cingilti yaradan hissəsi olan nadir keramika quş fiquru aşkar edilib.

Bundan əlavə, arxeoloqlar ərazidə Son Tunc dövrünə aid kereksur tipli dəfn qurğusu da tapıblar.

Nəşr edilib : 08.10.2026 12:29