NAXÇIVAN :

28 Dekabr 2024, Şənbə

Qazaxıstan və Belarus parlament sədrləri Sahibə Qafarovaya zəng ediblər

...

Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov və Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarovaya zəng ediblər.

"Şərq qapısı" xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hər iki parlament sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Onlar Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbr diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıblar.

Spiker göstərilən diqqətə və başsağlığına görə həmkarlarına minnətdarlığını bildirib.

Nəşr edilib : 27.12.2024 18:12