Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
"Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə də razılıq əldə edib".
"Şərq qapısı" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel adıçəkilən ölkənin Respublika Günü ilə bağlı tədbirdə deyib.
Diplomat eyni zamanda ölkəsinin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında fəal iştirak edəcəyini söyləyib:
"Biz sülhsevər dövlətlər olduğumuz üçün niyyətimiz də hər kəslə səmimi və qarşılıqlı və faydalı əməkdaşlıq etməkdir. O bildirib ki, ötən il ərzində dövlət başçıları səviyyəsində üç dəfə qarşılıqlı səfərlər gerçəkləşdirilib. Eyni zamanda bildirmək istəyirəm ki, Orta dəhliz üzrə ixracımız davam edir. Bu il ərzində Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 3 milyard dollara çatıb. Eyni zamanda Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə də razılıq əldə edib. Bizim ölkəmiz Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) iştirak edəcək. Bu il biz Türkdilli Dövlətlərin Təşkilatının yaradılmasının 15 illiyini qeyd edirik. Çox şadam ki, ölkələrimiz əhali üçün daha xoşbəxt gələcəyin təminatı sahəsində də birlikdə fəaliyyət göstərir".
Digər xəbərlər