BMT nümayəndəsi: İqlim dəyişikliyi nəticəsində qad...
14:08 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün bu il oktyabrın 18-27-də respublikamızın 85 şəhər və rayonunun icra hakimiyyətləri tərəfindən “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 2401,0 hektar ərazidə 1 milyon 611 min ağac və kolun əkilməsi nəzərdə tutulur.
Ölkəmizin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı Bakı şəhərində 619 min, Naxçıvan Muxtar Respublikasında 89 min, digər şəhər və rayonlarda isə 903 min ağac əkiləcək. Bölgələrdə yerli iqlimə uyğun olması və quraqlığa davamlılığı nəzərə alınmaqla əkiləcək ağacların 749 min ədədi əsasən həmişəyaşıl meşə ağacları, 692 min ədədi dekorativ kor, 170 min ədədi isə meyvə ağacıdır.
Aksiyaya hazırlıq mərhələsində bütün şəhər və rayon icra hakimiyyətləri tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə 540 ünvan müəyyən edilib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.
Digər xəbərlər