NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Qaraçuq və Bulqan kəndlərində vətəndaşların səyyar qəbulu keçirilib

...

Sentyabrın 17-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev Qaraçuq və Bulqan kəndlərinin sakinlərini qəbul edib.
Qəbulda kənd sakinləri ilə yanaşı İcra hakimiyyəti aparatının məsul şəxsləri də iştirak ediblər. Əhməd Vəliyev bildirib ki, bundan öncə keçirilən görüş zamanı kənddə uşaq bağçasının tikilməsi ilə bağlı müraciətə əsasən aid orqanlara müraciət edilib.
Sonra vətəndaşların əczaxana və mərasim evinin tikintisi, “Şəhidlər bağı”nın salınması, marşrut avtobuslarının yeniləri ilə əvəz olunması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərin həlli ilə bağlı aid şəxslərə tapşırıqlar verilib və məsələlərin həlli üçün zəruri tədbirlərin görüləcəyi bildirilib.
Vətəndaşlar göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 17.09.2024 19:48