NAXÇIVAN :

23 Yanvar 2026, Cümə

"Qarabağ" yenidən tarix yazdı

...

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) matçı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edib. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, iki görüşün nəticəsinə əsasən (3:1) "Ferentsvaroş"u mübarizədən kənarlaşdıran "Qarabağ" tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.

Nəşr edilib : 27.08.2025 22:46