"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
NAXÇIVAN :
30 Aprel 2025, Çərşənbə
Azərbaycan xalqına, onun müstəqil dövlətinin torpaq bütövlüyünə qarşı törədilmiş cinayətlərdə ittiham olunan erməni mənşəli cinayətkarların Bakıda davam edən məhkəmə prosesində verdikləri ifadələr, həmçinin sosial mediada bir çox Ermənistan vətəndaşının xalqımıza, bayrağımıza qarşı vəhşiliyini göstərən videolar bu insanların “qara mələk” xislətinin nə dərəcədə dəhşətli olduğunu deməyə əsas verir.
Bir zamanlar işğal altında saxladıqları Qarabağda özlərini “prezident”, “xarici işlər naziri”, “parlament sədri” kimi təqdim etmiş bu şəxslərin “qara mələk” cildindəki iblis, xain, cinayətkar və qatil sifətləri bir-bir ifşa olunduqca 35 il əvvəl Fransadan və Livandan ruh, Rusiyadan silah almış erməni separatizmini də tarixin zibillikilərinə birdəfəlik gömən uca ədalət gec də olsa, öz yerin tapır. İndi çarəsizcə dəmir barmaqlıqlar arasında gözləri bərələn bu cinayətkarlar hər nə qədər özlərini guya “kukla” adlandırsalar da, onlar on illər boyunca Azərbaycanın suveren ərazilərində qanunsuz silahlı rejim qurub, beynəlxalq hüququ kobud şəkildə pozaraq bir milyon insanın bədbəxtliyinə bais olmaqla, əslində, “qara mələk” tipindən artıq heç nə deyillər. Bu mənada, separatizmin simaları olmuş bu şəxslər bölgədə etnik nifrət zəminində gərginliyin və zorakılığın əsas səbəbkarları da olmaqla alınlarında işğal, ölüm və işgəncə damğasının da daşıyıcıları olan əsl qara şeytanlardır. Ona görə də Rusiyadakı çirkli biznesini atıb Qarabağda özünə ikinci yuva qurmaq istəyən Ruben Vardanyan və onun pulları ilə özlərini “dövlət adamı” hesab edən Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Davit Babayan, Davit İşxanyan və digər hay tör-töküntülərinin bu gün düşdükləri vəziyyət məhz bu baxımdan xeyirin şər üzərindəki qələbəsinə inananların da ürəyini sərinlədən ibrətamiz bir mənzərədir.
Ermənilər azərbaycanlılara qarşı nifrəti, törətdikləri cinayət və soyqırımı əməlləri, işgəncə və qətlləri ilə öyünüb, bunu törədənləri “qəhrəmanlaşdırıb” milli simvollarına çevirən qorxunc instinktləri ilə seçilməyi çox xoşlayırlar. Tarixboyu babalarından qanlarına hopmuş türk düşmənçiliyi ideologiyasının ənqanlı səhifələri olan Xocalı soyqırımı, Bağanis-Ayrım, Qaradağlı, Ağdaban faciələri bir daha sübut edir ki, “qara mələk”lərin bu əməlləri hansısa səhvlik deyil, separatizmin və terrorizmə dayalı uydurma “böyük Ermənistan” xəstələyinin ən acı sindromlarından biri kimi Azərbaycan xalqının başına gətirilmiş qanlı faciələrdir. Ona görə də bu gün imperialist ambisiyalar və separatçı düşüncələrlə xalqlara fəlakət gətirən digər “qara mələk”lər də fələyin bu acı dərsindən nəticə çıxarmalı, növbəti bir 30 ildən sonra belə bir ədalət məhkəməsinin onlar üçün də qurulacağını indidən baxıb görməlidirlər.
Bəli, tarix təkrarlanır, amma etdikləri qanlı əməllərdən peşman olduqlarını deyərək ədalətdən mərhəmət diləyən “qara mələklər”in bir gün “tövbə” edərək su pəriləri simasında yenidən insanlığa qovuşacağını güman etmək çox sadəlövhlük olardı. Bəşəriyyətin qanlı müharibələr və işğallar tarixi onu göstərir ki, bütün zalımların, onların sələflərinin və ya davamçılarının son aqibəti cəhənnəm qazanında yanmaq, yaxud dənizlərdə balıqlara yem olmaqdır. Bu mənada, erməni xəstəliyinə tutulmuş “qara mələklər”in dənizdən-dənizə olan utopik xəyallarını birdəfəlik cəhənnəmə vasil edən 44 günlük şanlı Vətən müharibəsi isə bundan sonra bir daha heç bir işğalçının Azərbaycan torpağına soxula bilməməsi üçün elə bir “dəmir yumruq” oldu ki, onu nəinki bu gün mühakimə olunan tülkü sifətindəki “qara mələklər”, hətta onların yüz illər sonrakı törəmələri də unutmayacaqlar.
Döyüşdəki biabırçı məğlubiyyətdən hələ də özünə gələ bilməmiş erməni cəmiyyəti bu gün daha biabırçı olan bir revanşizm atəşi içindədir. Azərbaycanın günəş kimi parlaq gücünün qarşısında bir gün qara kölgələr kimi yox olub gedəcəklərini yaxşı bilən bu etnik qrup üzvləri, hətta baş nazirləri ilə görüşdə bir zamanlar azərbaycanlıları qətl etdiklərindən fəxrlə danışır, bununla sanki təsəlli də tapırlar. Ancaq ermənilər unudurlar ki, nə qədər sağa-sola çırpınsalar da, bu dəfə onları nə hind cadugərləri, nə də Paris demonları xilas edə biləcəklər. Çünki əməldə də, xislətdə də onlar da elə qara erməni “mələkləri” kimi çürümüş bir bezin qırağıdırlar. Cır, yandır, at! Yox olub gedəcəklər!
Bu gün haqqın və ədalətin səsi, Azərbaycanın güclü və əyilməz iradəsi qarşısında bütün saxta miflər çökür, ifşa olunub tarixsəhifəsindən silinir. “Qara mələklər”in timsalında bir zamanlar bölgəyə qan, ölüm və zülm gətirən erməni separatizminin artıq nə sığınacaq yeri, nə də üzlərini gizlədə biləcəkləri maskaları qalıb. Çünki, biz susmadıq, unutmadıq, unutdurmadıq. Dövlət başçımızın da dəfələrlə vurğuladığı kimi, bu 30 illik işğalı heç zaman unutmayacağıq! “Qara mələklər”in hekayəsi bitdi, tarix onların adlarını da öz qaranlıq səhifələrinə yazdı, Azərbaycan isə öz işıqlı yoluna davam edir. Şəhidlərimizin qanı bahasına geri alınan torpaqlarımızda bu gün yalnız sülh və inkişaf vardır.
Əli CABBAROV
Digər xəbərlər