COP29-da Ermənistanın Azərbaycana qarşı törətdiyi ...
19:28 21.11.2024
0
0
0
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də BRICS sammiti çərçivəsində keçiriləcək görüşdə qaz qovşağının yaradılması imkanlarını müzakirə edəcəklər.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Türkiyəli tərəfdaşlarla qaz sahəsində səmərəli əməkdaşlıq qurulub. Qara dənizin dibi ilə salınan “Mavi axın” və “Türk axını” boru kəmərləri sabit işləyir. Kazanda keçiriləcək görüşdə dövlət başçıları Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması layihəsinə də toxunacaqlar”, - məlumatda deyilir.
Rəsmi Kreml qeyd edib ki, Rusiya ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlıq bütün əsas istiqamətlər üzrə dinamik inkişaf edir və tərəfdaşlıq və qarşılıqlı faydalı xarakter daşıyır.
“Danışıqlarda 2023-cü ildə həcmi 55,4 milyard dollar təşkil edən ticari-iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq. 2023-cü ildə mənfi dinamika (11,2 % azalma) qeydə alınsa da, bu il artım müşahidə olunur (yanvar-avqust aylarının nəticələrinə görə - 6,2 % artım)”, - mətbuat xidmətindən bildiriblər.
Digər xəbərlər