NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Putin: Ümumi səylərlə MDB-nin regional inteqrasiya birliyi kimi nüfuzu gücləndirilir

...

MDB Dövlət Başçıları Şurasına sədrlik 2025-ci il yanvarın 1-dən Tacikistana keçəcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Şuranın geniş tərkibdə iclasının yekunları üzrə bildirib.

“Elə indicə başa çatmış geniş tərkibdə görüşdə biz Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində aktual qarşılıqlı fəaliyyət məsələlərini əsaslı və səmimi şəkildə müzakirə etdik, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq. MDB-nin həm gələn il üçün, həm də perspektiv olaraq inkişafını müəyyən edəcək mühüm qərarlar razılaşdırıldı”, - Rusiya lideri deyib.

O bildirib ki, MDB inkişaf edir və görüşə toplaşan liderlər onun daha da dərinləşməsinin tərəfdarıdırlar:

“Biz görürük ki, ümumi səylərimiz MDB-nin regional inteqrasiya birliyi kimi nüfuzunu ardıcıl olaraq gücləndirir. Birlik üzvləri yalnız qarşılıqlı anlaşma, bərabərlik və mehriban qonşuluq prinsipləri əsasında fəaliyyət göstərir, vətəndaşlarımızın rifahını və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün əsas vəzifələri uğurla həll edirlər”.

O qeyd edib ki, bütün MDB məkanında müsbət makroiqtisadi və ümumilikdə iqtisadi dinamika var.

“Birlik üzvlərinin ÜDM-i yaxşı templə artır, qarşılıqlı ticarət və investisiya əlaqələri güclənir. Məsələn, Rusiyanın MDB ölkələri ilə ticarət dövriyyəsi təkcə ilin ilk 7 ayında xeyli - 7,7 % artaraq 63,2 milyard dollara çatıb”, - Rusiya lideri vurğulayıb.

Putin söyləyib ki, MDB ölkələrindən olan şirkətlər enerji, sənaye, infrastruktur sahələrində qarşılıqlı faydalı birgə layihələr, idxalı əvəzetmə proqramlarını həyata keçirirlər, xarici amillərdən asılı olmayan, milli valyutalardan istifadəyə yönəlmiş maliyyə sistemi qurulur:

“Təbii ki, Birlik dövlətləri arasında əməkdaşlıq təkcə iqtisadiyyatla məhdudlaşmır. Ölkələrimizin xalqlarının bir-birinin mədəniyyətinə və adət-ənənələrinə dərin qarşılıqlı marağına əsaslanan humanitar müstəvidə əməkdaşlıq da inkişaf edir”.

O, gələn il sovet xalqının Böyük Vətən Müharibəsindəki qələbəsinin 80 illiyinin qeyd olunacağını və bu səbəblə görüşün yekununda Birlik xalqlarına və dünya ictimaiyyətinə birgə müraciət qəbul edildiyini xatırladıb: “Bu məsələ ilə bağlı MDB ölkələrində Böyük Vətən Müharibəsi illərində hərbi və mülki təyinatlı məhsulların fasiləsiz istehsalına kollektiv töhfəyə görə veriləcək “Əmək şöhrəti şəhəri” fəxri adının təsis edilməsi haqqında qərarı da ətraflı təsdiq edəcəyik”.

Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasının yekunları üzrə bir sıra sənədlər imzalanıb.

Nəşr edilib : 08.10.2024 20:06