NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Putin: 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çata bilər

...

Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi bu il rekorda həddə çata bilər.

"Şərq qapısı" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanla görüşündə deyib.

"Ticari-iqtisadi münasibətlər çox uğurla inkişaf edir. Ötən il ticarət dövriyyəsi 7,4 milyard dollar təşkil edib, ilk yarımildə isə 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb. Əgər bu templə irəliləsək, bu o deməkdir ki, ilin sonuna bu rəqəm 14-16 milyard dollar təşkil edəcək. Bu, rekord göstəricidir", - V.Putin qeyd edib.

Onun sözlərinə görə, Rusiya Ermənistan iqtisadiyyatının aparıcı investorudur, iqtisadiyyata toplanmış investisiyaların ümumi həcmi 4 milyard dollardır.

Nəşr edilib : 08.10.2024 15:14