NAXÇIVAN :

05 Dekabr 2024, Cümə axşamı

Püsyan və Azadkənd tam orta məktəblərinə yeni direktorlar təyin olunub

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi şagird sayı 151-500-dək olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün keçirilən müsabiqədə uğur qazanan namizədlər ümumtəhsil məktəblərinə direktor təyin olunub. 
Müsabiqənin test mərhələsində iştirak edən 22-i  namizəddən, 12-si, müsahibə mərhələsində isə 10 namizəddən 4-ü uğur qazanıb.
Uğur qazanan namizədlərdən Hüseyn Fərzəliyev Şərur rayon Püsyan kənd tam orta məktəbinə, Kənan Məmmədov isə Ordubad rayon Azadkənd tam orta məktəbinə direktor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyi tərəfindən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın müvafiq bəndinə uyğun olaraq Nazirliyə tabe şagird sayı 151-500-dək olan ümumtəhsil müəssisələrinə vakant  direktor vəzifəsi üçün müsabiqə keçirilib.

Nəşr edilib : 03.12.2024 16:09