NAXÇIVAN :

27 Noyabr 2026, Cümə

Xocalı və Ağdərə rayonlarına növbəti köç: Daha 49 ailə doğma yurda qovuşub

...

Noyabrın 27-də Xocalı və Ağdərə rayonlarına növbəti köç reallaşıb. 170 nəfər olmaqla 49 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub.

"Şərq qapısı" xəbər verir ki, Xocalı şəhərində ailələrə yeni mənzillərinin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Çıxış edənlər keçmiş məcburi köçkünləri təbrik edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıblar.

Bildirilib ki, köç olan kəndlərdə yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib. Köçən ailələrin məşğulluq məsələsi isə daim diqqət mərkəzindədir.

ANAMA-nın əməkdaşları sakinlərə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verib. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələrini tövsiyə ediblər.

Sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.

Qeyd edək ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə - 42 nəfər, Çıldıran kəndinə 15 ailə - 49 nəfər, Kolatağ kəndinə 2 ailə - 6 nəfər, Heyvalı kəndinə 1 ailə - 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə - 7 nəfər, Xanyurdu kəndinə 9 ailə - 32 nəfər, Xanabad kəndinə 8 ailə - 33 nəfər köçürülür.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

13:31

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Noyabrın 27-də Xocalı və Ağdərə rayonlarına yola salınan növbəti köç karvanı ünvana çatıb.

"Şərq qapısı" xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə - 42 nəfər, Çıldıran kəndinə 15 ailə - 49 nəfər, Kolatağ kəndinə 2 ailə - 6 nəfər, Heyvalı kəndinə 1 ailə - 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə - 7 nəfər, Xanyurdu kəndinə 9 ailə - 32 nəfər, Xanabad kəndinə 8 ailə - 33 nəfər köçürülür.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Nəşr edilib : 27.11.2026 13:49